17 sentyabr 2012 11:22
Azərbaycan millisi Türkiyədən 1 qızıl və 2 bürünc medalla qayıtdı
Sentyabrın 15-də Türkiyənin Rizə şəhərində yunan-Roma güləşi üzrə yeniyetmələr arasında Olimpiya çempionu M.Akif Pirimin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçirilib. Azerisport.az xəbər verir ki, turnirdə iştirak edən Azərbaycan güləşçiləri 1 qızıl və 2 bürünc medal əldə edib.
Məşqçi Rasim Ağayevin rəhbərliyi altında turnirdə 3 güləşçimiz qüvvəsini sınayıb. Təmsilçilərimizin hər biri fəxri kürsüdə yer tutub. 50 kq çəkidə mübarizə aparan Elçin Məmmədov bütün rəqiblərindən üstün olub və qızıl medal qazanıb. Akşin Məmmədli (85 kq) və Cavid Feyziyev (100 kq) isə bürünc medala sahib olub.
