10 sentyabr 2012 12:54
Qızıl Qran Pri turnirinin final mərhələsi keçiriləcək
21-23 sentyabr 2012-ci il tarixdə Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi keçiriləcək. Azerisport.az xəbər verir ki, Heydər Əliyev adına İdman Konsert Kompleksində keçiriləcək turnirin proqramına əsasən sentyabrın 20-də görüşləri idarə edəcək hakimlərin seminarı və texniki iclas keçiriləcək.
İlk gün sərbəst, ikinci gün qadın, üçüncü gün isə yunan-Roma güləşçiləri xalça üzərinə çıxacaq.
Yarışlar hər gün saat 10.00-da, final görüşləri saat 17.00-da başlayacaq. Turnirin rəsmi açılış mərasimi sentyabrın 21-də saat 17.00-da baş tutacaq.
