8 sentyabr 2012 21:12
Azərbaycan DÇ-də daha iki medal qazandı
Tailandın Pattaya şəhərində güləş üzrə gənclər arasında dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, sentyabrın 8-də 50, 60, 74 və 96 kiloqram çəki dərəcəsində sərbəst güləşçilər arasında qaliblər müəyyənləşib.
Bu gün mübarizəyə dörd idmançımız qoşulub. Güləşçilərimiz Ruslan Surxayev (50 kq) və Hacı Şərəfiv (96 kq) gümüş medal qazanıblar. Digərləri isə uğursuz çıxış ediblər. Elə əvvəlki iki gündə eyni aqibəti yaşayan qızlardan ibarət yığmamızın üzvləri kimi.
