6 sentyabr 2012 11:26
Azərbaycan Rusiya və Türkiyəni qabaqladı, birinci oldu
Tailandın Pattaya şəhərində güləş üzrə gənclər arasında dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, artıq yunan-roma güləşi yarışlarına yekun vurulub.
Azərbaycanın “klassiklər”i bu yarışlarda 3 qızıl və bir bürünc medal qazanıblar. Komandamız bütövlükdə 40 xal toplayıb.
Nəticədə, Azərbaycan millisi yunan-roma güləşi yarışlarını lider kimi başa vurub. Komandamız 38 xala malik Rusiya və Türkiyəni qabaqlayıb.
