6 sentyabr 2012 16:31

DÇ qəhrəmanlarımız vətənə döndü (FOTOLAR)

Xəbər verdiyimiz kimi, Taylandın Pattaya şəhərində keçirilən gənclərin dünya çempionatında yunan-Roma yarışları Azərbaycan pəhləvanlarının möhtəşəm uğuru ilə yadda qalıb. Azerisport.az xəbər verir ki, böyük məşqçi İlqar Abdulov və məşqçi Fuad Əliyevin yetirmələrindən Murad Bazarov (50 kq), Eldəniz Əzizli (55 kq) və Ceyhun Əliyev (66 kq) keçirdikləri bütün görüşləri qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. 120 kq çəkili güləşçimiz Zaur Mehrəliyev isə bürünc medala layiq görülüb.
 
Bu 4 medal, habelə 9-cu yeri tutan Şamil Ertuqanovun (74 kq) millimizə qazandırdığı 2 xal yığmamızın 40 xalla komanda hesabında 1-ci yeri tutmasını təmin edib. 2-3-cü yerləri isə 38 xalla müvafiq olaraq Rusiya və Türkiyə komandaları bölüşüblər.
 
Son bir ay ərzində Azərbaycan güləşçilərinin beynəlxalq yarışlarda qazandıqları möhtəşəm qələbələr Azərbaycan güləş məktəbinin böyük uğuru olmaqla bərabər, Azərbaycan Güləş Federasiyasının davamlı və məqsədyönlü fəaliyyətinin, ölkəımizdə idmana göstərilən dövlət qayğısının nəticəsidir. Bir daha xatırladırıq ki,  Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında güləşçilərimiz 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanaraq Azərbaycan Olimpiya Hərəkatında yeni bir tarix yazdılar. Bu uğurun davamı olaraq bir neçə gün öncə Bakıda keçirilən yeniyetmələrin Dünya çempionatında güləşçilərimiz ümumilikdə 19 medal qazandılar ki, bunlardan 9-u qızıl, 5-i gümüş və 5-i bürünc medal idi. Bu çempionatda yunan-Roma yığmamız komanda hesabında bütün komandaları geridə qoyaraq 1-ci yeri tutmuşdu.
 
Artıq sözügedən turnirdə uğur qazanan yunan-roma güləşçilərimiz bu gün vətənə qayıdıblar.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.