4 sentyabr 2012 17:41
Həmyerlimiz dünya çempionu oldu
Xəbər verdiyimiz kimi, bu gün Tailandın Pattaya şəhərində güləş üzrə gənclər arasında dünya çempionatına start verilib. Azerisport.az xəbər verir ki, ilk gün Azərbaycan yığması üçün uğurlu olub.
Belə ki, 50 kq çəkidə çıxış edən Murad Bazarov bütün rəqiblərini məğlub edərək, finala yüksəlib. Finala gedən yolda Bazarov irlandiyalı Aşkan Həsən Qolikiani, koreyalı Hyeok Jin Jeon, türkiyəli Tolqahan Karataş və israilli Andrey Tsaryuku məğlub edib. Həlledici görüşdə o, rusiyalı Artur Labazanov ilə qarşılaşıb. Murad Bazarov finalda Artur Labazanovu da məğlub edərək (2:0, 0:2, 0:1) dünya çempionu olub.
Çempionatın ilk günündə 50, 60, 74 və 96 kq çəkidə yunan-Roma güləşçiləri arasında qaliblər müəyyənləşib.
