26 avqust 2012 17:18
Azərbaycan DÇ-də birinci oldu (FOTOREPORTAJ)
Avqustun 25-26-da yeniyetmələrin dünya çempionatında yunan-Roma güləşi yarışları keçirilib. Azerisport.az xəbər verir ki, yığma komandamızın üzvləri 6 qızıl, 1 gümüş və 1 bürünc medal qazanmaqla çempionatı 84 xalla başa vurdu.
Bu nəticəyə görə yığmamız komanda hesabında hamını qabaqlayaraq birinci oldu.
Qızıl medal
Mikayıl Rəhmanov (46 kq)
Elnur Həsənov (50 kq)
Kərim Cəfərov (54 kq)
Murad Məmmədov (58 kq)
Ruhin Mikayılov (63 kq)
İslam Abbasov (76 kq)
Gümüş medal
Zamir Məhəmmədov (85 kq)
Bürünc medal
Sənan Süleymanov (42 kq)
Komanda hesabı
1. AZƏRBAYCAN - 84 xal
2. Gürcüstan - 62 xal
3. Rusiya - 61 xal
