26 avqust 2012 01:24
Azərbaycan DÇ-də daha 4 medal qazandı (FOTOREPORTAJ)
Avqustun 25-də Bakıda yeniyetmələr arasında keçirilən dünya çempionatında yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar. Azerisport.az xəbər verir ki, Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən yarışın beşinci günü 42, 50, 58, 69 və 85 kiloqram çəki dərəcəsində güləşçilər mübarizə aparıblar.
Yarışda Artur Palitayev (42 kq, Ukrayna), Elnur Həsənov (50 kq, Azərbaycan), Murad Məmmədov (58 kq, Azərbaycan), Mansur Qubayev (69 kq, Rusiya) və Hasan Berk Kılıç (85 kq, Türkiyə) qızıl medala sahib olublar.
Digər pəhləvanlarımız Zamir Maqomedov (85 kq) gümüş, Sənan Süleymanov (42 kq) isə bürünc medal qazanıblar.
