25 avqust 2012 12:58
Şərif Şərifov Anjinin oyununu izlədi, Roberto Karlosla görüşdü (FOTO)
Azərbaycanın sərbəst güləş üzrə yığmasının üzvü, London Yay Olimpiadasının qalibi Şərif Şərifov (84 kq) Mahaçqala “Anji”sinin Avropa Liqasının pley-off mərhələsində Hollandiya “AZ Alkmaar”ına qarşı keçirdiyi oyunu canlı izləyib. Azerisport.az xəbər verir ki, o, bu görüşə rusiyalı olimpiya qəhrəmanları – cüdoçular Mansur İsayev və Tahir Xaybullayevlə birgə təşrif buyurub.
Olimpiya çempionlarını oyundan sonra hətta “Anji”nin paltardəyişmə otağına da buraxıblar. Onlar burda komandanın meneceri olan dünya çempionu Roberto Karlosla şəkil çəkdirməyə də imkan tapıblar.
