24 avqust 2012 14:06

Azərbaycan DÇ-də daha iki medal qazandı (FOTOREPORTAJ)

Azərbaycanın qadın güləşçiləri Bakıda yeniyetmələr arasında keçirilən çempionatda iki medal qazanıblar. Azerisport.az xəbər verir ki, Türkan Nəsirova (43 kq) finalda rusiyalı Kseniya Nesqovorovaya uduzaraq gümüş medal qazanıb.
 
Raqnetta Qurbanzadə (65 kq) mübarizəyə 1/4 finaldan başlayıb və avstriyalı Sabrina Sidlə qalib gəlib. Finala doğru gedən yolda Qurbanzadə Alina Xarçenkoya (Ukrayna) qalib gələ bilməyib. Bürünc medal uğrunda mübarizədə o, Alissiya Cordan-Helen Le Frensis (ABŞ) üzərində qələbə qazanıb.
 
Sahilə Ələkbərova (38 kq) 3-cü yer uğrunda döyüşdə zədə alaraq oyunu başa çatdıra bilməyib və qələbə bolqar Mariya Filipova Marinskanın olub.
 
Ayan Məmmədova (49 kq) mübarizəyə 1/4 finaldan, qazaxıstanlı Marina Sedneva ilə döyüşlə başlayıb. Məmmədova Sednevaya qalib gələrək yarımfinala çıxıb, amma təəssüf ki, Yeva Ulrik Soyerə (Almaniya) uduzub. Bürünc medal uğrunda mübarizədə Məmmədova Ravita Ravitaya (Hindistan) uduzub.
 
Alyona Kolesnik (56 kq) 1/4 finalda Qazaxıstan nümayəndəsi Svetlana Sergeyevaya qalib gələrək yarımfinala çıxsa da, Kayla Kolen Mirakl (ABŞ) üzərində qələbə çala bilməyib. Üçüncü yer uğrunda mübarizədə o, rusiyalı Yekaterina Myaqkova ilə görüşüb. Lakin rəqibinə uduzaraq bürünc qazanmaq imkanını əldən verib.
 
Sərbəst güləş, yunan-Roma, qadın və çimərlik güləşi üzrə dünya çempionatı avqustun 27-də başa çatacaq.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.