23 avqust 2012 00:43
Azərbaycan DÇ-də ikinci oldu (FOTOLAR)
Avqustun 21-də Bakıda start götürən yeniyetmələrin Dünya çempionatında sərbəst güləş yarışları başa çatıb. Azerisport.az xəbər verir ki, yığma komandamızın üzvləri 8 medal qazanmaqla komanda hesabında ikinci nəticə göstəriblər.
Coşqun Məmmədov (42 kq) və Cahid Həsənzadə (58 kq) qızıl medal qazanaraq dünya çempionu adına layiq olublar. Ruslan Surxayev (50 kq), Çermen Baqayev (85 kq) və Səid Həmidov (100 kq) yarışı ikinci yerdə bitiriblər. Məhəmmədhüseyn Həsənov (54 kq), Şamil Sadullayev (69 kq) və Məhəmmədhacı Muxutov (76 kq) isə turnirin bürünc medallarına sahib olublar.
2 qızıl, 3 gümüş və 3 bürünc medal qazanan yığmamız ümumilikdə 74 xal toplayıb.
