22 avqust 2012 01:36
Azərbaycan DÇ-nin ilk günündə 5 medal qazandı
Avqustun 21-də Bakıda yeniyetmələr arasında keçirilən sərbəst, yunan-Roma, qadın və çimərlik güləşi üzrə dünya çempionatının ilk gününə yekun vurulub. Azerisport.az xəbər verir ki, Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən yarışın ilk günü 42, 50, 58, 69 və 85 kiloqram çəki dərəcəsində sərbəst güləşçilər mübarizə aparıblar.
Yarışda Coşqun Məmmədov (42 kq, Azərbaycan), Əli Pərviz Məhəmmədzadə Nağarçi (50 kq, İran), Cahid Həsənzadə (58 kq, Azərbaycan), Omari Qurjidze (69 kq, Gürcüstan) və İnal Tasoev (85 kq, Rusiya) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Azərbaycanın digər pəhləvanları Ruslan Suzkayev (50 kq), Çermen Baqayev (85 kq) gümüş, Samir Sadullayev (69 kq) isə bürünc medal qazanıblar.
