17 avqust 2012 14:33

Bakıda yeniyetmələrin dünya çempionatı keçiriləcək

Avqustun 21-27-də Bakıda yeniyetmələr arasında sərbəst, yunan-Roma, qadın və çimərlik güləşi dünya çempionatı keçiriləcək. Azerisport.az xəbər verir ki, yarışda dünyanın 40-a yaxın ölkəsinin idmançılarının iştirakı gözlənilir. 
 
Xatırladaq ki, yarış 12 illik fasilədən sonra FİLA tərəfindən ötən ildən etibarən bərpa olunub və Macarıstanın ardınca, Azərbaycan da bu dünya çempionatını keçirmək hüququna yiyələnib. Yeganə fərq ölkəmizin həm də çimərlik güləşi üzrə yarışları da qəbul etməsi olacaq. 
 
Dünya çempionatının proqramına əsasən, iyulun 21-22-də sərbəst güləşçilər arasında qaliblər müəyyənləşəcək. İyulun 23-24-də yeniyetmə qızlar arasında çempionlar məlum olacaq. Yunan-Roma güləşçiləri döşək üzərinə avqustun 25-26-da çıxacaqlar. Heydər Əliyev adına İdman-Konsert Kompleksində təşkil olunacaq dünya çempionatı 10 çəki dərəcəsində keçiriləcək.
 
Və nəhayət, avqustun 27-də “Crescent Beach”-də çimərlik güləşi yarışları keçiriləcək. Çimərlik güləşi yarışlarında sərbəst güləş üzrə oğlanların mübarizəsində 3, yeniyetmə qızların mübarizəsində isə 2 çəki dərəcəsində qaliblər müəyyənləşəcək. 
 
Proqrama əsasən, yarışlar həftə içi hər gün saat 14.00-da, şənbə və bazar günü isə saat 10.00-da başlayacaq.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.