15 avqust 2012 12:15
Toğrul Əsgərov: Məqsədim ikiqat Olimpiya çempionluğudu
London Yay Olimpiya Oyunlarının qalibi olmuş sərbəst güləşçimiz Toğrul Əsgərov Bakıya qayıtdıqdan sona təəssüratlarını bölüşüb. Azerisport.az xəbər verir ki, qızıl medalçımız bunları dilə gətirib:
"Mən çox xoşbəxtəm. Hər idmançı kimi, mənim də Olimpiya çempionu olmaq arzum var idi. Ancaq Bakıya qayıtdığdan sonra Olimpiya çempionu olduğumu dərk etdim. Amma bu nəticə ilə kifayətlənmək olmaz. Mən daha çox məşq edəcəyəm. Mənim arzum və məqsədim böyüklər arasında dünya çempionu və ikiqat Olimpiya çempionu olmaqdı”.
