20 iyul 2012 13:25
Azərbaycan AÇ-də daha bir medal qazandı
Polşanın Katovitse şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, 3-cü yarış günü qızlar mübarizəyə başlayıb və yığma komandamız artıq medal hesabını açıb.
65 kq çəki dərəcəsində çıxış edən Raqnetta Qurbanzadə Ukrayna, İsveç və Rusiya güləşçilərini məğlub edərək finala çıxıb, amma həlledici görüşdə Bolqarıstanlı rəqibinə uduzaraq qitə çempioantını gümüş medalla bitirib.
56 kq çəkidə mübarizə aparan Alyona Kolesnik isə 5-ci yeri tutub.
İyulun 20-də yeniyetmə qızlar arasında qalan 5 çəkidə qaliblər müəyyənləşəcək.
