14 iyul 2012 18:54

Yeniyetmə güləşçilərimiz Avropa çempionatına yollanır

İyulun 17-də Polşanın Katovitse şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı start götürəcək. Yarışda hər 3 güləş növü üzrə Azərbaycan idmançıları da iştirak edəcək. Azerisport.az xəbər verir ki, proqrama əsasən, iyulun 17-18-də sərbəst güləşçilər arasında qaliblər müəyyənləşəcək.
 
Böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Vahid Məmmədovun rəhbərliyi altında Coşqun Məmmədov (42 kq), Arif Hüseynov (46 kq), Ruslan Surxayev (50 kq), Elçin Vəliyev (54 kq), Cahid Həsənzadə (58 kq), Ənvərbəy Dalqatov (63 kq), Şamil Sadullayev (69 kq), Məhəmmədhacı Muxutov (76 kq), Çermen Baqayev (85 kq) və Sultanbek Krapivin (100 kq) Avropa çempionatının medalları uğrunda mübarizə aparacaqlar.
 
İyulun 19-20-də böyük məşqçi Rövşən Süleymanov və məşqçi Mətanət Süleymanovanın başçılığı altında 9 qız güləşçimiz – Sahilə Ələkbərova (40 kq), Türkan Nəsirova (43 kq), Arzu Əliyeva (46 kq), Ayan Məmmədova (49 kq), Almaz İsmayılova (52 kq), Alyona Kolesnik (56 kq), Ləman Qurbanova (60 kq), Raqnetta Qurbanzadə (65 kq) və Korin Darya (72 kq) çempion adı uğrunda yarışacaqlar.
 
Və nəhayət, son 2 yarış günü, yəni iyulun 21-22-də yunan-roma güləşçiləri arasında qaliblər müəyyənləşəcək. Böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Vüqar Aslanov heyətə Sənan Süleymanov (42 kq), Mikayıl Rəhmanov (46 kq), Seymur Əlizadə (50 kq), Kərim Cəfərov (54 kq), Murad Məmmədov (58 kq), Ruhin Mikayılov (63 kq), Şəmistan Quluzadə (69 kq), İslam Abbasov (76 kq), Zamir Məhəmmədov (85 kq) və Adambek Şidukovu (100 kq) cəlb edib.
 
Beynəxalq dərəcəli referilərimiz Sədi Quliyev və Asif Şirəliyev hakim kimi ölkəmizi Avropa birinciliyində təmsil edəcək.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.