5 iyul 2012 11:38

Olimpiadaya hazırlğın son mərhələsi start götürdü

XXX Yay olimpiya oyunlarında iştirak edəcək sərbəst və yunan-roma güləşi üzrə yığma komandalarımız 4 illiyin zirvə yarışına hazırlıq məqsədilə Qəbələ və Qusar rayonlarında son hazırlıq prosesinə start verib. Azerisport.az xəbər verir ki, baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında iyulun 3-dən etibarən Qəbələdə təlim-məşq toplantısına başlayan sərbəst güləş yığmamızın heyətinə Olimpiya oyunlarında iştirak edəcək bütün güləşçilərimiz, eləcə də onların çəki dərəcələrindəkı sparrinq-rəqiblər daxil edilib.
 
Bundan başqa, bu ilin sentyabrında Taylandda keçiriləcək gənclərin dünya çempionatına hazırlaşan gənc güləşçilərimiz də Qəbələdə əsas yığma ilə birgə hazırlıq keçəcək. Təlim-məşq toplanışı iyulun 21-dək davam edəcək. Qeyd edək ki, Olimpiya oyunlarının sərbəst güləş yarışlarında Azərbaycan 60, 66, 74, 84, 96 və 120 kq çəki dərəcələrində təmsil olunacaq.
 
Yunan-Roma güləşi üzrə yığma komandamız isə XXX Yay Olimpiya Oyunlarına hazırlıq məqsədilə sonuncu tədbirlər planına əsasən, iyulun 4-dən 24-dək Qusarda baş məşqçi Salih Bora və böyük məşqçi Şaban Donatın rəhbərliyi altında hazırlıq prosesi keçəcək. Londonda 55, 60, 74, 84 və 96 kq çəki dərəcələrində çıxış edəcək yunan-roma yığmamızın lider idmançılarına hazırlıq prosesində həmin çəkilərdəki bütün tanınmış güləşçilərimiz kömək edəcək.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.