25 iyun 2012 02:37

Avropa çempionatının son günündə daha 3 medal

Xorvatiyanın paytaxtı Zaqrebdə gənc güləşçilər arasında Avropa çempionatı başa çatıb. Azerisport.az xəbər verir ki, çempionatın son günündə yunan-Roma güləşi üzrə 55, 66, 84 və 120 kq çəki dərəcələrində görüşlər keçirilib. Yunan-Roma güləşçilərimiz son gündə 2 gümüş və 1 bürünc medal qazanıb.
 
55 kq çəkidə mübarizə aparan Sakit Quliyev finala qədər maneəsiz irəliləyib. Bu zaman o, ardıcıl olaraq Serbiya, Moldova, Türkiyə və Almaniyadan olan güləşçilər üzərində inamlı qələbələr qazanıb. Yalnız final görüşündə məğlub olan təmsilçimiz Avropa çempionatını gümüş medalla başa vurub.
 
66 kq çəki dərəcəsində Ceyhun Əliyev də Avropa çempionatını ikinci sırada tamamlayıb və gümüş medal qazanıb. Finala qədər Ukrayna, Macarıstan, Moldova və Rusiya güləşçilərini yarışdan kənarlaşdıran Ceyhun, yalnız finalda Xorvatiya təmsilçisinə məğlub olub.
 
84 kq çəkidə Fuad Əliyev yarımfinala qədər maneəsiz irəliləyib. Ardıcıl olaraq Litva, Rumıniya, Almaniya güləşçilərinə şans verməyən təmsilçimiz, yarımfinalda bolqar güləşçi ilə görüşdən məğlub ayrılıb. Bürünc medal görüşündə qarşılaşdığı erməni güləşçisinə heç bir şans verməyən Fuad Əliyev iki hissənin sonunda 13:0 hesablı üstünlüklə qalib gəlib və Avropa çempionatının bürün medalını qazanıb.
 
Beləliklə, başa çatan gənclərin Avropa çempionatının son iki günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz ümumilikdə 2 gümüş və 3 bürünc medal qazanıb. Komanda hesabında 49 xal toplayan güləşçilərimiz 61 xal qazanan Rusiyadan sonra ikinci sırada qərarlaşıb. 48 xal toplayan Türkiyə isə üçüncü olub.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.