24 iyun 2012 02:42

Avropa çempionatında daha 2 bürünc medal

Xorvatiyanın paytaxtı Zaqrebdə gənc güləşçilər arasında Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, çempionatın beşinci günündə yunan-Roma güləşi üzrə 50, 60, 74 və 96 kq çəki dərəcələrində görüşlər keçirilib. Güləşçilərimiz bu günü 2 bürünc medalla başa vurub.
 
50 kq çəkidə mübarizə aparan Murad Bazarov ilk görüşdə bolqar Detelin Dimitrov (2:0, 4:0), ardınca erməni güləşçi Rudik Mkrtçyan (2:0, 6:0) üzərində inamlı qələbə qazanıb. Yarımfinal görüşündə rusiyalı Artur Labazanovla gərgin keçən görüşdə uduzan təmsilçimiz bürünc medal görüşünə çıxıb. Rumıniyalı Aleksandr Botezə heç bir şans verməyən (2:0, 6:0) Murad Bazarov gənclər arasında Avropa üçüncüsü olub.
 
74 kq çəki dərəcəsində təmsilçimiz Şamil Ertuqanov ardıcılı olaraq İtaliya, Danimarka və Ukraynadan olan rəqiblərini mübarizədən kənarlaşdırıb. Yarımfinalda rusiyalı İslam Çarayevə (3:1, 1:0) uduzan güləşçimiz bürünc medal uğrunda görüşə çıxıb. Türkiyəli Doğan Göktaşla gərgin keçən görüşdən (2:0, 0:6, 0:1) qalib ayrılan Şamil Ertuqanov Avropa çempionatının bürünc medalını qazanıb.
 
96 kq çəkidə mübarizə aparan Hacımurad Çöpsiyev Avropa çempionatını 5-ci sırada tamamlayıb. İlk görüşdə serbiyalı güləşçini məğlub edən təmsilçimiz ikinci görüşdə rus Musa Evloyevə uduzub. Rusiyalı güləşçi finala çıxdığından təmsilçimiz təsəlliverici görüşlərə qatılıb və medal şansını saxlayıb. Təsəlliverici görüşdə bolqar güləşçi üzərində rahat qələbə qazansa da, Hacımurad Çöpsiyev bürünc medal görüşündə (0:1, 0:1) minimal hesabla uduzub.
 
Avropa çempionatında yunan-Roma güləşçilərinin ilk günkü mübarizəsində yığmamız 2 bürünc medal qazanıb.
 
İyunun 24-də gənclərin Avropa çempionatında 55, 66, 84 və 120 kq çəkidə yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaq.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.