23 iyun 2012 00:14

Avropa çempionatında daha bir qızıl medal

Xorvatiyanın paytaxtı Zaqrebdə gənc güləşçilər arasında Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, çempionatın dördüncü günündə sərbəst güləş üzrə gənc qızlar arasında 48, 55, 63 və 72 kq çəki dərəcələrində görüşlər keçirilib.
 
İki çəkidə iştirak edən gənc qızlarımız 1 qızıl və 1 bürünc medal əldə edib.  48 kq çəkidə mübarizə aparan Kəmalə Əliyeva bütün görüşlərini qələbə ilə başa vuraraq Avropa çempionu adını qazanıb. Çempionluq yolunda güləşçimiz ardıcıl olaraq Rusiya, Almaniya təmsilçilərini mübarizədən kənarlaşdırıb. Finalda isə Moldova təmsilçisini vaxtından əvvəl məğlubiyyətə uğradan Kəmalə Əliyeva qızıl medala sahib olub. 55 kq çəkidə təmsilçimiz Yarina Dubovska isə qızıl medalın bir addımlığında büdrəyib. İsveç və Fransa təmsilçilərinə qalib gələn güləşçimiz, yarımfinalda polyak rəqibinə uduzub. Bürünc medal uğrunda görüşdə Rumıniya güləşçisinə heç bir şans verməyən Yarina Dubovska yığmamıza növbəti qələbəni qazandırıb.  Beləliklə, Avropa çempionatında sərbəst güləş üzrə gənc qızların mübarizəsi başa çatıb. Yığmamız çempionatı ümumilikdə 1 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurub. 
 
İyunun 23-24-də gənclərin Avropa çempionatında yunan-Roma güləşçiləri mübarizə aparacaq.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.