6 iyun 2012 15:22
Azərbaycan yığması üçün Victory Cup
İyunun 8-10-da Türkiyənin Quşadası və Aydın şəhərində yeniyetmələr arasında güləş üzrə 15-ci “Victory Cup” beynəlxalq turniri keçiriləcək. Azerispor.az xəbər verir ki, turnirdə həm yeniyetmə sərbəst, həm də yeniyetmə qızlardan ibarət yığma komandalarımız iştirak edəcək.
Sərbəst güləşçilərin yarışında ölkəmizi Coşqun Məmmədov (42 kq), Arif Hüseynov (46 kq), Elçin Vəliyev (54 kq), Cahid Həsənzadə (58 kq), Ənvərbəy Dalqatov (63 kq), Şamil Sadullayev (69 kq), Məhəmmədhacı Muxutov (76 kq) və Çermen Baqayev (85 kq) təmsil edəcək. Komanda turnirdə böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Vahid Məmmədovun rəhbərliyi altında iştirak edəcək.
Yeniyetmə qızların yarışında isə Arzu Əliyeva (46 kq), Ayan Məmmədova (49 kq), Almaz İsmayılova (52 kq), Ləman Qurbanova (56 kq), Alyona Kolesnik (60 kq), Raqnetta Qurbanzadə (65 kq) və Darya Korin (70 kq) mübarizə aparacaq. Komandaya böyük məşqçi Rövşən Süleymanov və məşqçi Mətanət Süleymanova rəhbərlik edəcək.
