30 may 2012 11:44

Rusiya, Türkiyə və İran yığmaları Azərbaycana gəlir

İyunun 15-16-da Naxçıvan Olimpiya İdman Kompleksində Milli Qurtuluş Gününə həsr olunmuş yunan-Roma güləşi üzrə gənclər arasında komandalararası “Naxçıvan Kuboku” uğrunda beynəlxalq turnir keçiriləcək. Azerisport.az xəbər verir ki, yarışda Azərbaycan və Naxçıvan komandaları ilə yanaşı, Belarus, Gürcüstan, Rusiya, Ukrayna, İran, Türkiyə, Özbəkistan, Qazaxıstan güləşçilərinin iştirakı gözlənilir. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyası tərəfindən təşkil olunacaq yarışın keçirilməsində əsas məqsəd Naxçıvan Muxtar Respublikasının ərazisində yunan-Roma güləşinin inkişafına və kütləviliyinə nail olmaq, xarici ölkələrin idmançıları ilə dostluq əlaqələrini möhkəmləndirməkdir.
 
FİLA-nın mövcud qaydalarına əsasən keçiriləcək yarış komanda xarakteri daşıyır. Püşkə əsasən iştirakçı komandalar iki yarımqrupa bölünəcəklər. Birdövrəlik qrup görüşlərindən sonra qaliblər finalda, ikinci yerin sahibləri isə bürünc medal ugrunda görüşdə üz-üzə gələcəklər.
 
Qrup görüşləri iyunun 15-i, səhər saat 10:00-da start götürəcək. Turnirin təntənəli açılış mərasimi iyunun 15-i, saat 17:00-a təyin edilib. İyunun 16-da, saat 15:00-da isə medal görüşləri başlanacaq. Fəxri kürsüyə qalxacaq komandalar kubok, medal və pul mükafatı ilə təltif ediləcəklər.
 
“Naxçıvan Kuboku” uğrunda beynəlxalq turnirin gələcəkdə status qazanıb rəsmi təqvimə daxil olması məqsədilə Təşkilat Komitəsi tərəfindən FİLA-ya (Beynəlxalq Güləş Federasiyaları Assosiasiyası) müraciət olunacaq.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.