29 may 2012 12:39
Azərbaycan millisindən Almaniyada uğurlu çıxış
Almaniyanın Dormagen şəhərində keçirilən qadın güləşçilər arasında ənənəvi beynəlxalq turnir başa çatıb. Azerisport.az xəbər verir ki, Böyük məşqçi Qrek İqnatın rəhbərliyi altında yarışa yollanan 3 idmançımızın hamısı fəxri kürsüyə yüksəlməyi bacarıb. London Olimpiadasına lisenziya qazanmış 2 güləşçimiz - Mariya Stadnik (48 kq) və Yuliya Ratkeviç (55 kq) qızıl medala layiq görülüblər.
Yığmamızın lideri olan Stadnik Hekane Senası (İspaniya), Mersedes Deneşi (Macarıstan) və Vanes Kolodzinskini (Belarus) məğlubiyyətə uğradaraq finala çıxıb və həlledici görüşdə Yulit Omelyusiki (Polşa) də məğlub edərək turnirin qalibi olub.
Ratkeviç isə Natalya Mosloputsko (Belarus), Karlina Veçerçi (Polşa), Sara Dakol (İtaliya) və Nadya Mixalkova (Belarus) üzərində qələbə qazanaraq turnirin baş mükafatına layiq görülüb.
Patimat Baqomedovaya (51 kq) gəlincə, o startda almaniyalı Laura Mertensdən güclü olsa da, növbəti mərhələdə bu ölkənin digər təmsilçisi Hine Hemmerə məğlub olub. Bürünc medal uğrunda görüşdə fransalı Marion Şatonla qarşılaşan Patimat ona qalib gəlməklə üçüncü yerə layiq görülüb.
