24 may 2012 12:17

Azərbaycan yığmasının dünya kuboku üçün heyəti açıqlandı

Ölkəmizin güləş üzrə qadınlardan ibarət yığma komandası mayın 26-27-də Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Dünya Kuboku turnirində iştirak edəcək. Azerisport.az xəbər verir ki, ev sahibi Yaponiya ilə yanaşı, Kanada, Monqolustan, ABŞ, Rusiya, Çin və Ukrayna yığmalarının da iştirak edəcəyi Dünya Kuboku turnirində Azərbaycan millisi məşqçilər Aslan Ağayev və Mehman Nəcəfovun rəhbərliyi altında yarışacaq.
 
Heyətə Anjela Doroqan (48 kq), Nigar Əhmədova (51 kq), Sona Əhmədli (55 kq), Irina Netreba (59 kq), Anna Belyayeva (63 kq), Gözəl Zutova (67 kq) və Natalya Palamarçuk (72 kq) daxil edilib. Bundan başqa, Yarina Dubovska (55-59 kq) ehtiyat güləşçi kimi Yaponiyaya yollanıb.
 
AGF Hakimlər Kollegiyasının sədri, Beynəlxalq dərəcəli referi Qərib Əliyev hakim kimi ölkəmizi Dünya Kubokunda təmsil edəcək. Mayın 25-də atılacaq püşkə əsasən, komandalar hər birində 4 yığma olmaqla 2 qrupa bölünəcəklər. Mayın 26-da birdövrəlik qrup ğörüşləri keçiriləcək. Qrup qalibləri mayın 27-də finalda, ikinci yeri tutanlar isə bürünc medal uğrunda görüşdə üz-üzə gələcəklər.
 
London Yay Olimpiya Oyunlarına 48 və 55 kq çəkidə lisenziya qazanmış 2 qadın güləşçimiz – Mariya Stadnik və Yuliya Ratkeviç isə mayın 26-27-də Almaniyanın Dormagen şəhərində keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər. Böyük məşqçi Qrek Iqnatın rəhbərliyi altında Almaniyaya yollanan heyətə həmçinin 51 kq cəkili güləşçimiz Patimat Baqomedova da daxil edilib.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.