17 may 2012 11:45
Azərbaycanın yeni çempionları müəyyənləşdi
Hövsan Olimpiya Idman Kompleksində yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi keçirilir. Azerisport.az xəbər verir ki, turnirin proqramına əsasən, mayın 15-16-da sərbəst güləşçilər öz aralarında ən güclüləri müəyyənləşdirib.
İki günlük mübarizədə ümumilikdə 537 nəfər idmançı iştirak edib. Nəticələri diqqətinizə çatdırırıq.
42 kq
1. Coşqun Məmmədov – ROİL
2. Məhəmməd Sosurayev - Atasport
3. Elvin Namazov – Gəncə
3. Fərid Həmidov – Şamaxı
46 kq
1. Arif Hüseynov - Abşeron
2. Rəhim Nüsrətov – Cəlilabad
3. Aqil Qurbanlı – Göygöl
3. Əfqan Xaşalov – Qazax
50 kq
1. Ruslan Surxayev – Abşeron
2. Zəlimxan Vəliyev – Xızı
3. Vurğun Əliyev – Neftçi İSM
3. Hicran Yusifov – Neftçi İSM
54 kq
1. Elçin Vəliyev – Gəncə
2. Məmmədhüseyn Həsənov – Neftçi İSM
3. Murad Süleymanov – Gəncə, Təhsil
3. Əmrah İlyaslı – Qazax
58 kq
1. Cahid Həsənzadə - Abşeron
2. Loğman Ağayev – Astara, Gömrükçü
3. Sayğidpaşa Allayev – Atasport
3. Nəbi Muquşov – Təhsil
63 kq
1. Ənvərbəy Dalqatov – Atasport
2. Yusifhacı Məhəmmədov – Atasport
3. Turan Xanvəliyev – Bakı İK
3. Tural Əhmədli – Sumqayıt
69 kq
1. Şamil Sadullayev – Atasport
2. Abdumüslüm Muhiddinov – Atasport
3. Seymur İsayev – Zenit
3. Camaluddin Zaqirov – Atasport
76 kq
1. Məhəmmədhacı Muxutov – Atasport
2. Məhənmməd Qazıməhəmmədov – Atasport
3. Turxan Qurbanov – Zenit
3. Arsen Ali Musalaliyev – Atasport
85 kq
1. Germen Baqayev – Atasport
2. Rüstəm Hacıbəyov – Neftçi İSM
3. Murad Rəhmanov – Şirvan, Neftçi İSM
3. Sadiq Ağamalıyev – Cəlilabad
100 kq
1. Səid Həmidov – Atasport
2. İqbal Hacızadə - ROİL
3. Sultanbəy Krapivin – Atasport
3. Minafull Qurbanov – Atasport
Hər çəki dərəcəsində mükafata layiq yerlər tutmuş idmançılar medal və diplomla yanaşı, AGF tərəfindən pul mükafatı ilə də təltif olunub və yığma komandanın heyətinə cəlb olunub.
Yarışlar hər gün səhər saat 10:00-da başlanır. Mayın 17-18-də Azərbaycan birinciliyində yunan-Roma güləşçiləri mübarizəyə qoşulur.
