13 may 2012 15:54
Azərbaycan finalda İrana məğlub oldu (YENİLƏNİB)
Bu gün Bakıda sərbəst güləş üzrə böyüklər arasında Dünya Kubokunun final mərhələsinin görüşləri keçirilib. Azerisport.az xəbər verir ki, “Sərhədçi” Olimpiya İdman Mərkəzində təşkil olunan yarışda Azərbaycanla yanaşı, Rusiya, İran, ABŞ, Gürcüstan, Qazaxstan, Yaponiya, Belarus, Bolqarıstan və Türkiyə güləşçiləri iştirak ediblər.
Yarışın proqramına əsasən, ötən gün Azərbaycan yığması Rusiya, Bolqarıstan, Belarus və Qazaxıstanla birgə A qrupundan çıxmaq üçün mübarizə aparıb. Komandamız bütün görüşlərdən qalib ayrılıb: Rusiya (7:0), Bolqarıstan (7:0), Qazaxıstan (7:0), Belarus (6:1).
Digər (B) qrupda isə İran, Türkiyə, ABŞ, Yaponiya və Gürcüstan mübarizə aparırdı və sonda hamıdan güclü olan iranlılar finala vəsiqə qazanıblar. Nəticədə, bu gün dünya kubokunun qalibi adını qazanmaq üçün Azərbaycanla İran güləşçiləri qüvvələrini sınayıblar. Minimal fərqlə üstün olan cənub qonşularımız qalib adını qazanıblar. Azərbaycan yığması isə gümüş medallarla kifayətlənib.
Digər komandalar isə müvafiq olaraq qrupdakı yerlərinə uyğun rəqiblərlə qarşılaşıblar. Yaponiya 9-cu, Türkiyə yeddinci, Qazaxıstan 5-ci, ABŞ üçüncü olub.
Güləş
Dünya kuboku
Final mərhələsi
13 may
1-ci yer uğrunda görüş
Azərbaycan – İran - 3:4
55 kq. Mahmud Məhəmmədov - Həsən Rəhimi - 0:1
60 kq. Hacı Əhmədov - Məsud Məsud Esmilpurjuybari - 1:0
66 kq. Cəbrayıl Həsənov - Mehdi Taqhvi - 0:1
74 kq. Əşrəf Əliyev - Səid Güdarzi - 0:1
84 kq. Şərif Şərifov - Ehsan Laşqari - 1:0
96 kq. Xetaq Qazyumov - Mohammed Yazdaki - 0:1
120 kq. Cəmaləddin Məhəmmədov - Nemət Hasem - 1:0
3-cü yer: Rusiya – ABŞ- 2:5
5-ci yer: Qazaxıstan – Gürcüstan - 4:3
7-ci yer: Belarus – Türkiyə - 2:5
9-cu yer: Bolqarıstan – Yaponiya - 1:6
