12 may 2012 16:39

“Hədəfimiz 2020-ci il yay Olimpiya oyunlarına sahiblik etməkdi”

Mayın 12-də “Sərhədçi” Olimpiya İdman Mərkəzində sərbəst güləş üzrə böyüklər arasında Dünya Kuboku yarışı başlayıb. Azerisport.az xəbər verir ki, yarışın açılış mərasimində çıxış edən Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov son illər Azərbaycanda idmanın sürətlə inkişaf etdiyini vurğulayıb.
 
O, bildirib ki, dövlət başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə idman sürətlə inkişaf edir: “Bu gün Azərbaycanda bir çox idman növləri inkişaf etdirilir və sevindirici haldır ki, bu sırada güləş xüsusi yerlərdən birini tutur. Yüksək nəticələrin davamı kimi bu il Azərbaycan güləşçiləri Londonda keçiriləcək XXX Yay Olimpiya Oyunlarına 13 lisenziya qazanıblar. Ümid edirik ki, güləşçilərimiz Olimpiya Oyunlarında layiqli çıxışları və medalları ilə Azərbaycan xalqını sevindirəcəklər. Bu gün açılışa toplaşmış bütün yarış iştirakçılarına uğurlar arzulayır və qələbə sevinci yaşamağı diləyirəm”.
 
FİLA prezidenti Rafael Martinetti artıq Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını, beynəlxalq idman təşkilatları üçün ölkəmizin etibarlı tərəfdaş olduğunu, Dünya Kuboku yarışının əhəmiyyətini qeyd etmişdir. R.Martinetti iştirakçıları salamlamış, turnirin yüksək səviyyədə keçəcəyinə əminliyini ifadə etmiş, yüksək təşkilatçılığa görə ölkə rəhbərliyinə və AGF-yə təşəkkür etmişdir. 
 
Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev sərbəst güləş üzrə böyüklər arasında Dünya Kuboku yarışının iştirakçılarını salamlamış və bu mötəbər turnirin təşkilini ölkəmizə etibar etdiyinə görə FİLA rəhbərliyinə öz təşəkkürünü bildirmişdir. N.Əliyev deyib: “Azərbaycan Respublikasının Prezidenti, milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin idmana göstərdiyi  diqqət və qayğısı nəticəsində son illər Bakı şəhəri dünyanın idman mərkəzlərindən birinə çevrilmişdir. Ölkəmizin iqtisadi qüdrətinin ildən-ilə artması bütün sahələrdə olduğu kimi, sosial sahənin, eləcə də mədəniyyətin və  idmanın tərəqqisinə də öz müsbət təsirini göstərir. Sizə məlum olduğu kimi cəmi bir neçə gün sonra Bakı “Avroviziya” mahnı müsabiqəsinin iştirakçılarını və qonaqlarını qəbul edəcəkdir və bu ölkəmizin mədəni həyatında çox mühüm hadisədir. 2012-ci il  ölkə Prezidenti tərəfindən Azərbaycanda “İdman ili” elan edilmişdir və bu da təbiidir ki, idmanın inkişafına yeni bir təkan verəcəkdir. Biz çox şadıq ki, Dünya Kuboku kimi mötəbər bir yarış da məhz bu il Bakıda keçirilir. Növbəti hədəfimiz 2020-ci il yay Olimpiya idman oyunlarına sahiblik etmək uğrunda mübarizə aparmaqdı”. 
 
London Olimpiadası ərəfəsində keçirilən bu yarışın güləşçilər üçün güclərini sınamaq, ustalıqlarını artırmaq baxımından da  mühüm əhəmiyyətə malik olduğunu bildirən AGF-nin I vitse-prezidenti Namiq Əliyev Dünya Kuboku yarışını açıq elan etmişdir. 
 
Yarışda dünyanın 10 ölkəsindən 200-dək idmancı Dünya Kuboku uğrunda mübarizə aparacaqlar. Mayın 12-də yarımqruplar üzrə görüşlər, 13-də isə final görüşləri keçiriləcək. 

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.