7 may 2012 13:52
Finlandiya ümidlərimiz puça çıxdı
Finlandiyada güləş üzrə London Yay Olimpiya oyunlarına lisenziya verən son təsnifat turnirinə yekun vurulub. Azerisport.az xəbər verir ki, yarışa yollanan 5 idmançımızın heç birinin lisenziya qazanmaması 4 illiyin zirvə yarışında 13 güləşçi ilə təmsil olunacağımızı rəsmiləşdirib.
Xatırladaq ki, pəhləvanlarımız daha öncə yunan-roma güləşində 55, 60, 74, 84 və 96, sərbəst güləşdə 60, 66, 74, 84, 96 və 120, qadın güləşində isə 48 və 55 kq cəki dərəcələrində olimpiadaya vəsiqə qazanmışdılar. Londonda qeyd olunan çəki dərəcələrində konkret kimlərin çıxış edəcəyi isə olimpiada öncəsi keçirilən təlim-məşq toplanışları və beynəlxalq turnirlərdən sonra dəqiqləşəcək.
