6 may 2012 17:18

“Lisenziya yox, medal sayı daha önəmlidi”

Azerisport.az sizi Güləş Federasiyasının baş katibi Əjdər Cəfərovun müsahibəsi ilə tanış edir.
 
- Əjdər müəllim, London Yay Olimpiya oyunlarına gedən yolun  demək olar ki, 95% geridə qalıb. Bu gün 5% ilə hər şey tamamlanır. Ümumi nəzər salınsa, nəticələri necə qiymətləndirmək olar?
- Mən ümumiyyətlə oxucuların diqqətini bir məqama xüsusi toxundurmaq  istəyirəm. Olimpiya təsnifat turnirlərini keçmək heç də asan deyil. Bu turnirlər Avropa, Dünya çempionatlarından çox fərqlənir.  Bu səpkili turnirlərdə şərtlər ildən ilə daha da ağırlaşır, dəyişir. Ümumilikdə nəticə yaxşıdır. Təbii ki, bizim lisenziya alacığına 100% əmin olduğumuz idmançılar var idi ki, onlar da vətənə əliboş qayıtmadılar. Xüsusi qeyd olunmalıdır ki, lisenziya alan bütün idmançılarımız qızıl medal sahibləri oldular. Məsələn, Xetaq Qazyumovun lisenziya alacağını biz bilirdik. Ancaq, bizi təəccübləndirən idmançılar  da oldu. 74 kq-da yarışan Emin Əhmədovdan düzü o cür nəticə gözləmirdik. Xüsusən nəzərə alınmalıdır  ki, bu Eminin böyüklər arasında keçirdiyi ilk yarışı idi. Eminin  rəqibləri isə Avropa, Dünya çempionları, Olimpiya oyunlarının mükafatçıları idilər. Bizim 3 lisenziyamız Bolqarıstanda, 3 lisenziyamız Çində oldu. Hələlik əfsuslar Finlyandiyada lisenziya qazana bilməmişik. Amma, məyus olmağa dəyməz. Çünki oyunlar davam edir. Ümumilikdə bu günə güləş idmanı 13 lisenziya qazana bilib. Səmimi, biz lisenziyaların daha çox olmasını arzu edərdik. Amma, mənim fikrimcə lisenziya sayı yox, medal sayı daha önəmlidir.
 
- Finlyandiyada keçirilən təsnifat turnirində Sizi ən çox nə təəccübləndirdi?
- Düzü, bu təsnifat turniri çox çətin oldu. Dünya şöhrətli idmançıların,Olimpiya çempionalrının çoxu kənarda qaldı. Bilirsiz, reallığa nəzər salsaq, artıq gənc nəslin gəldiyini və çox güclü idmançıların yetişdiyini görürük.
 
- Demək olarmı ki, elə London Yay Olimpiya oyunları Pekindən bununla fərqlənəcək?
- Tamamilə razıyam. Londonda rəqabət çox güclü olacaq.
 
- Azərbaycan idmançılarından həm Mahmud Maqomedov, həm də Vitali Rəhimov kifayət qədər tanınan idmançılardır. Amma əfsuslar lisenziya qazana bilmədilər...
- Mahmuda qarşı özünüz də gördüyünüz kimi haqsızlıq oldu. Çox məyus olduq. Güləş federasiyasının prezidenti Fazil Məmmədov, vitse prezident Namiq Əliyev yarış boyu daim əlaqə yaradıb, ümumi nəticələrlə  maraqlanırlar. Mən Mahmuda qarşı olanları onların diqqətinə çatdıranda hər ikisi mənə təcili şəkildə FİLA prezidenti Rafael Martinettiyə yaxınlaşıb, etiraz etməyimi tapşırdılar. Mən Rafael Martinetti ilə bütün detalları müzakirə etdim. Əslində bizim döşək üstündə olan hakimdən narazılığımız yox idi. Haqsızlıq bir qrup juri tərəfindən gəldi. Rafael Martinetti  bir daha videoya baxacağını və hakimləri cəzalandıracağını bildirdi.
 
- Amma bu, onsuz da verilən qərara öz təsiri göstərməyəcək.
- Haqlısınız. Amma bu, idmandı. Əfsuslar bu cür haqsızlıqlar yaşanır. Vitali Rəhimova gəldikdə isə, düzü onun məğlubiyyəti mənə pis təsir etdi. Vitali təcrübəli, kifayət qədər tanınan idmançıdı. Onun xalça üstündə etdikləri səhv, 2-ci, 3-cü hissələrin son saniyələrində rəqibinə xal verməsi həqiqətən bağışlanmazdır.
 
- Bu yarışda Siz hakimlik etmirsiniz. Bu nə ilə bağlıdı - yarışı kənardan seyr edib, müəyyən qeydlər götürmək üçün, ya artıq Bolqarıstan və Çində yorulduğunuz üçün?
- Yox. Əsla. Yorulmaq haqda söz də ola bilməz. (gülür) Hətta oteldə hakim dostlarımı görəndə düzü darıxdım. Bilirsiniz, xalça üstündə olanda insan bəzi detallara diqqət yetirə bilmir. Kənardan hər şey daha aydın görünür. Mən bu dəfə özüm üçün qeydlər götürmək qərarına gəldim.
 
- Elə isə güləş federasiyası daha çox nələrin üstündə işləməli olacaq.?
- Özüm üçün xüsusən qeyd etdiyim və məşqçilərlə də çalışacağımız məqam idmançının püşkatmanı gözləməməsidir. 1-ci hissəni 0:0 hesabı ilə bitirmək olmaz. Bu ən böyük uğursuzluqdur. İdmançı ilk görüşdə xal götürməlidir ki, vəziyyət püşkatmaya gəlib çıxmasın. Ölkəyə qayıdan kimi Güləş Federasiyası, Gənclər və İdman nazirliyi, məşqçilər ilə birgə bütün bu məqamları mütləq müzakirə edəcəyik.
 
(Gənclər və İdman nazirliyi mətbuat katibi Səmayə Məmmədova, Finlyandiya. Helsinki)

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.