6 may 2012 13:55

Yığmamızın baş məşqçisi: Bu, bəxtsizlik idi

Azerisport.az sizi yunan-roma güləşi üzrə yığma komandanın baş məşqçisi Saleh Boranın müsahibəsi ilə tanış edir.
 
- Saleh müəllim, əgər Azərbaycanın yunan-roma güləşi üzrə  yığma komandasının London Yay Olimpiya oyunlarına hazırlığını 10 ballıq şkala ilə ölçsək, komandaya neçə bal vermək olar?
- Demək belə, yunan roma güləşində 7 çəki var. Onlardan 5-i artıq lisenziya ilə təmin olunub. Bunlar 55, 60, 74, 84 və 96-dır. Vitaliy Rəhimovun məğlubiyyəti 66 kq-da lisenziyasız qalmamıza səbəb oldu. Bu gün   120 kq çəki dərəcəsində  yarışacaq Məsud Həşimzadə yunan-roma güləşi üzrə lisenziya uğrunda mübarizə aparan son idmançımız olacaq.
 
- Vitali Rəhimov hər iki hissədə (2, 3) yarışın bitməsinə son saniyələr qalmış rəqibinə xal verdi. Bunu necə izah etmək olar?
- Mənim fikrimcə bu bəxsizlik idi. Vitalinin rəqibi Pekin Yay Olimpiya oyunlarında məğlub olduğu Rusiya güləşçisi İslam-Beka  Albiyev idi. Özünüz də gördüyünüz kimi ilk hissə Rəhimovun xeyrinə qurtardı. 2-ci hissənin sonuna 2, 3-cü hissənin isə sonuna 1 saniyə qalmış Vitali xalları rəqibə verdi.
 
- Əgər Vitali rəqibinə Pekində, olimpiya oyunlarında məğlub olmuşdusa, burada uğursuzluq Olimpiadanın  bir addımlığında yaşandı.
- Pekində Vitaliy də İslam da 60 kq çəki dərəcəsində yarışırdılar. Artıq hər ikisi 66 kq-da mübarizə aparır. Özünüz gördüyünüz kimi İslam da olimpiadaya vəsiqə qazana bilmədi. Bilirsiniz, gənc, yeni nəsil gəlir. Təbii ki, onlar yavaş-yavaş öz sözlərini deyirlər.
 
- Pekin Yay Olimpiya oyunları ilə müqayisədə, London Yay  Olimpiya oyunlarına hazırlığı necə qiymətləndirmək olar? Ümumiyyətlə siz komandaya bəş məşqçi təyin olunduqdan sonra hansı güclü idmançını “mən yetişdirdim” - deyə bilərsiniz?
- Düzü mənə bu barədə danışmaq çox çətindir. Mən yunan-roma güləşi üzrə yığma komandaya cəmi 7 aydır ki, baş məşqçilik edirəm. Hansısa idmançını yetişdirməyim haqda danışmağa ixtiyarım da yoxdur. Mən, yaxşı idmançıları daha güclü vəziyyətə gətirməyə çalışmışam. Amma, bir məqam var ki, 2011-ci ildə komandanın cəmi iki lisenziyası var di, artıq lisenziyaların sayı bu günə 5-dir. Bir də mənim üçün önəmli olan fakt lisenziyaların  yox, medalların sayıdır.
 
- London Yay Olimpiya oyunlarına çox az qalır. Amma siz hələ də yunan-roma güləşi üzrə Azərbaycanı təmsil edəcək idmançıların adlarını söyləmirsiniz. Bəlkə indi onların adlarını bizə deyəsiniz?
- (gülür). Deyə bilmərəm. Artıq hər çəki üçün 2 idmançı ayırmışam. Təbii ki, onlardan biri gedəcək. Mən bunu onların rahatlanmaması üçün edirəm. Ancaq bir məqamı diqqətə çatdırım  ki, dünya kubokuna qatılmayacaq güləşçilər, Londona gedənlər olacaq.
 
(Gənclər və İdman nazirliyinin mətbuat katibi Səmayə Məmmədova, Finlyandiya. Helsinki)

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.