5 may 2012 20:11

“Rusiya mətbuatının yazdıqları gülməlidi”

Azerisport.az sizi Azərbaycanın sərbəst güləş üzrə yığma komandasının böyük məşqçisi Firdovsi Umudovun Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə müsahibəsi ilə tanış edir.
 
- Firdovsi müəllim, artıq sərbəst güləş üzrə lisenziya xarakterli yarışlar bitdi. Ümumilikdə sərbəst güləşçilərimizin qazandıqları lisenziyalara nəzər salsaq, sərbəst güləş üzrə yığma komandanın böyük məşqçisi kimi vəziyyəti necə qiymətləndirə bilərsiniz?
- Sərbəst güləşçilərimiz London Yay Olimpiya Oyunlarına 6 lisenziya qazanıblar. Ümumilikdə pis göstərici deyil. 60 kq-da Toğrul Əsgərov, 66 kq-da Cəbrayıl Həsənov, 74 kq-da Əşrəf Əliyev, 84 kq-da Şərif Şərifov, 96 kq-da Xetaq Qazyumov və 120 kq-da Cəmaləddin Məmmədov Azərbaycanı Londonda təmsil edəcəklər. Onların hər biri Avropada, dünyada kifayət qədər yaxşı tanınan idmançılardır. Nəticə etibarilə, sözün əsl mənasında çox düz, yəni bizim inandığımız, qələbəsinə ümid bəslədiyimiz idmançılar lisenziya qazanıblar.
 
- Dünən Mahmudla bağlı yaşananlar heç də xoşagələn hadisə olmadı. Azərbaycan Güləş Federasiyası Dünya Güləş Federasiyasına etirazını bildirdimi?
- Azərbaycan daim istər Avropa, istərsə də dünya çempionatlarından Vətənə 55 kq çəki dərəcəsində hər zaman medalla dönüb. Dünən Mahmuda qarşı edilən haqsızlıq bizə çox pis təsir etdi. Yığma komandanın baş katibi Əjdər Cəfərov öz etirazını bildirsə də, qalibiyyət monqolustanlı idmançıya verildi. Bilirsiniz, burada müəyyən məqamlar var. Dünyada güləşin inkişaf etdiyi, amma hələ də lisenziyası olmayan ölkələr var. Odur ki, belə yarışlarda bəzi hallarda hakimlər belə məqamlara fikir verərək, lisenziyası olmayan ölkələrə bu cür təkan verirlər. Əgər 3 hakim 3 xal verirsə, onu silmək çətin məsələdir. Amma, xallar silindi.
 
- Sizcə, bu məqamlar idmançının mənəvi zərbə almasına səbəb olmur?
- Belə hallar çox olur. İdmançı bu məqamları görüb qətiyyən ruhdan düşməməlidir. Əksinə. Mahmudun gələcəyi hələ qabaqdadır. O, çox güclü idmançıdır. Gəncdir. Özünü necə hiss etməsindən asılı olaraq, Bakıda keçiriləcək Dünya Kubokuna qatılması məqamı var. Mən onun parlaq karyerasına inanıram.
 
- London Yay Olimpiya Oyunlarına bundan sonrakı hazırlıq necə olacaq?
- Çox az vaxt qalıb. Təbii ki, təlim məşq toplantıları davam edəcək. Eyni zamanda, qarşıda bizi 2 böyük turnir gözləyir.
 
- Firdovsi müəllim, sizdə idmançıya qarşı tam fərqli - məşqçinin idmançıya yox, atanın oğula münasibəti var. Bu nədən irəli gəlir - məsuliyyətdən, xasiyyətdən, yoxsa idmançıya olan münasibətdən?
- Mən heç vaxt heç bir idmançıya fərq qoymuram. Həqiqətən, bu gün ölkə başçısı, cənab İlham Əliyev, Güləş Federasiyasının rəhbərliyi, Gənclər və İdman Nazirliyi güləşçilər üçün hər bir şəraiti yaradır. Güləşçiyə sadəcə vaxtında məşqlərinə gəlib, məşqçinin tapşırıqlarına əməl etmək qalır. Bax, bu cür idmançıya ürəyimi də verərəm. Çoxları bilir ki, mənim əmim oğlu yeniyetmələr arasında ikiqat Azərbaycan birinciliyinin qalibi idi. Amma mənim üçün onun mənə qohum olması yox, məşqlərə olan münasibəti daha önəmli idi. Məşqlərə vaxtında gəlməməsi, tapşırıqlara əməl etməməsi nəticəsində onu komandadan qovdum. Bu da digər idmançılara dərs oldu. Bilirsiniz, idmançıda məsuliyyət, vətənə, bayrağa, millətə sevgi olmalıdır. Ancaq bu zaman qələbədən söz gedə bilər. Bir də, məşqçi idmançısının psixoloji durumuna yaxşı bələd olmalıdr. Yarışa çıxan idmançıya onsuz da yeni heç nə öyrətməyəcəksən. Amma sən ona stimul verib, onu psixoloji cəhətdən ruhlandırmağı bacarmalısan.
 
- Son zamanlar Rusiya mətbuatında Azərbaycan güləşi haqqında xoşagəlməz yazılar dərc olunur. Siz böyük məşqçi kimi bütün bu deyilənlərə necə münasibət bəsləyirsiniz?
- Düzü, mənim üçün gülməlidir. Çünki onların haqqında danışdıqları idmançılar artıq 6-7 ildir ki, Azərbaycan vətəndaşlarıdır. Azərbaycanda yaşayıb, Azərbaycan bayrağı altında çıxış edirlər. Azərbaycan idmanının inkişafı göz önündədir. Bu da təbii ki, bəzi ölkələri qıcıqlandırmaya bilməz. Nəticədə, deyilənlər, yazılanlar hakimlərə öz təsirini müəyyən mənada göstərir. Deyirlər ki, biz hakimləri satın alırıq. Amma dünən Mahmudun qrupuna ən güclü idmançılar düşmüşdü. Şərif Şərifov dünya çempionatında yarışarkən onun püşkatması həqiqətən təəccüb doğurmaya bilməzdi. Hamısı çox təcrübəli və güclü idmançılar idi. Amma Şərif bacarığını nümayiş etdirdi. Biz belə şeylərə fikir verməməliyik. Qarşıda London Yay Olimpiya Oyunları gəlir (gülür).

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.