5 may 2012 13:28

“Mən rəqibimə yox, hakimlərə məğlub oldum”

Mahmud Maqomedov güləş üzrə lisenziya turnirində haqsız məğlubiyyətlə üzləşdiyi görüşdən sonra bəzi suallara cavab verib. Azerisport.az həmin müsahibəni təqdim edir.

- Mahmud, necəsiniz sualını vermək əslində düz olmaz. Amma , gəlin hər 3 görüşə nəzər salaq. Birinci rəqibiniz sizdən çox zəif idi. Növbəti rəqibləriniz isə həqiqətən təcrübəli idilər. Amma , təbii ki, məğlubiyyəti onların təcrübəsi ilə əlaqələndirmək düz  olmazdı.
- Haqlısınız. Son 2 rəqibim güclü idi.  Rumıniyalı Andrey Dukova Bolqarıstanda məğlub olmuşdum. Manqolustanlı Narabatan Bayaraa ilə bu vaxta qədər 3 görüşüm olub ki, hər 3-ü mənim qələbəmlə bitib. Bu yarışda səmimi olsam, mən rəqibimə yox, hakimlərə məğlub oldum. Təbii ki, ½ final olduğunu nəzərə alsaq, mən də az da olsa həyəcanlı idim. Bilirsiz, mən görüşü davam etdirib, yarışmaq istəyirdim. Hakimlərin tez-tez, xüsusən görüşün sonuna sayılı saniyələr qalmış  yarışı naməlum səbəblər üzündən saxlamaları,mənə haqlı yerə verilən 3 xalı haqsız yerə geri alıb hesabı 1-1 etmələri məni qıcıqlandırmaya bilməzdi. Mən heç bir hakimdən dəstək gözləmirdim. Mən sadəcə yarışıb, qalib gəlmək istəyirdim. Özünüz də gördüyünüz kimi, hakimlər mənim tərəfimdə idilər. Lakin orada bəlli olmayan hakimlər qrupu mənə qarşı haqsızlıq etdi.
 
- Bundan sonra üçün nə düşünürsünüz?
- Düzü bilmirəm. Bilirsiz, bu çox uzun bir yola bənzəyir. Sən bütün çətinliklərə sinə gəlib məqsədə çatmaq üçün illərlə əziyyət çəkirsən. İnanırsız, mən çəki salanda yemək yemirəm deyə, ailəm də mənə görə yemək yemir (gülür).   Deyirəm, siz mənə fikir verməyin, rahat yeməyinizi yeyin. Əslində siz mənə görə ac qalanda mən özümü çox piss hiss edirəm. Bu idmandı. Burada uduzmaq da var, udmaq da. Amma bu cür məğlubiyyət əziyyətdən başqa bir şey deyil. Təsəvvür edə bilməzsiniz, məşqçim Firdovsi m-in mənə görə nə gecəsi, nə də gündüzü var. Məşqlərdən öncə, sonra, gecənin saat neçə olmasından asılı olmayaraq mənim qayğıma qalır. Atam, çəki saldığım üçün xüsusi kalorisiz yeməklər hazırlayır, həkim, federasiya, təlim məşq toplantıları, bizim üçün çəkilən əziyyət. Bütün bunlar göz önünə gələndə düzü nə deyəcəyimi bilmirəm. Heç məşqçimin, atamın  gözünün içinə necə  baxacağımı bilmirəm.
 
- Sizin hələ yarışlar, qələbələr üçün kifayət qədər vaxtınız var. 25 yaş bir o qədər də pis deyil.
- Yaş böyük rol oynayır. Kim bilir ki, mən 4 ildən sonra da eyni ilə bu cür haqsızlıqla qarşılaşmayacam. Amma bilirsiz, mənə hal hazırda stimul verən bir məqam var. O da, 3 aydan sonra övladımın dünyaya gəlməsidir. Bəlkə də məni sakitləşdirən elə o məqamdır.
 
- Təbrik edirəm. Çox gözəl xəbərdir.
- Mən sizə bir sirr açacam. Bunu həyat yoldaşımdan və məndən başqa heç kəs bilmir.
 
- Amma mənə dedikdən sonra hər kəs biləcək. (gülürük)
- Buyurun. İnshallah, dünayaya gələcək oğluma atamın adını qoyub, ona sürpriz edəcəm. Atamın hələ bundan xəbəri yoxdur. Olimpiya medalını da atam üçün hədiyyə etmək istəyirdim. Amma, əfsuslar alınmadı.
 
- Sizin Bolqarıstanda məğlub olmağınız çoxlarına təəccüblü gəldi. Çünki, siz kifayət qədər güclü idmançısınız. Bu barədə nə demək olar?
- Bolqarıstandakı məğlubiyyətim öz günahım oldu. Mənə məşqçilərim  dəfələrlə “toparlan, yarış” desələr də mən özümü ələ ala bilmədim. Demək olar taktiki səhvlər çox etdim. Amma burada hər şey ideal idi. Rəqiblərin heç birindən çəkinmirdim. Əksinə, adrenalin ən yüksək səviyyədə idi (gülür). Yarış aclığı çox güclü idi desəm, yanılmaram. Amma, hakimlərin məni tez-tez dayandırmaları, 3 xalımı əlimdən alıb hesabı 1:1 etmələri həqiqətən məni çox qıcıqlandırdı. Heç cür özümü ələ ala bilmədim. Artıq bədənim sözümə baxmırdı.
 
- Mahmud, mənim üçün hər zaman ən maraqlı məqamlardan biri yarış zamanı məşqçinin ucadan idmançıya nə etməli olmasını söyləməsidir. Ümumiyyətlə, o an idmançı məşqçiyə nə qədər qulaq asır?
- Səmimi, kənardan məşqçi oyunun gedişini daha yaxşı görür. Təbii ki, əgər yalnız məşqçi yarış zamanı ucadan hansısa məsləhətləri verirsə, bu zaman vəziyyətdən asılı olaraq əməl edirəm. Amma, əgər hamı birdən danışırsa, özü də hərə fərqli-fərqli məsləhət verirsə o zaman vəziyyət çətinləşir. (gülür)
 
- Mahmud, kimi azərbaycan güləşçiləri arasında çox güclü sayırsınız?
- Düzü hər idmançının, hər çəkinin öz yeri var. Sadəcə onu deyə bilərəm ki, Azərbaycan güləşinin gündən-günə güclənməsi həqiqətən bir çox insanlara sərf etmir. Sizə misal olaraq, Bolqarıstanda keçirilən yarışda Vitaliy Rəhimovun püşk atmasını gətirə bilərəm. Onu istəsək də etmək mümkün deyil. Amma etdilər.  Bilirsiz, Mutko, Brüsov kimi insanlar Azərbaycan güləşi haqqında mənfi fikirlər söyləyirlər. Rusiya gündən günə Azərbaycan idmanının gücləndiyini görüb, əməlli başlı qəzəblənir. Əziyyəti çəkən, haqsızlıqlarla rastlaşan  isə biz, döşək üstündə yarışan idmançılarıq.
 
GİN mətbuat katibi Səmayə Məmmədova, Helsinki, Finlyandiya.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.