29 aprel 2012 17:11
Qadabadzedən həm lisenziya, həm də qızıl medal (YENİLƏNİB)
Bu gün Çində güləş üzrə lisenziya xarakterli turnirə yekun vurulub. Azerisport.az xəbər verir ki, yarışın son günündə daha dörd idmançımız lisenziya qazanmaq üçün qüvvəsini sınayıb.
Şalva Qadabadze (96 kq) uğurlu çıxış edə bilib. O, Özbəkistan, Ukrayna, Gürcüstan və Çexiya idmançılarına qalib gələrək finala vəsiqə qazanıb. Nəticədə idmançımız London olimpiadasına lisenziyanı rəsmiləşdirib. Finalda isə Qadabadze İtaliya idmançısına qalib gələrək çempion olub.
Məsut Həşimzadə (120 kq) finala çıxa bilməyib. O, Braziliya güləşçisini keçsə də, Estoniya idmançısına məğlub olub. Təsəlliverici görüşlərdə də rumıniyalını məğlub edən Həşimzadə Rusiya güləşçisiylə dueldən məğlub ayrılıb.
Güləş yığmamızın üzvlərindən Anna Belyayeva (63 kq) İspaniya və Almaniya güləşçilərinə qalib gəlib. Lakin 1/4 finalda Türkiyə idmançısı ilə görüşdə məğlub olub. Təsəlliverici oyunlarda isə o, Bolqarıstan və Fransa idmançısını məğlub edərək, üçüncü olmağı bacarıb.
Natalya Palamarçuk (72 kq) da öncə Braziliya və Macarıstan idmançılarına qalib gəlib. Lakin o da yarımfinala vəsiqə uğrunda görüşdə Norveçli güləşçiyə uduzub.
