29 aprel 2012 13:52
Azərbaycan beynəlxalq turnirdə ikinci oldu
"Sərhədçi” İdman Olimpiya Mərkəzində Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında beynəlxalq turnir başa çatıb. Azerisport.az xəbər verir ki, turnirin son günündə sərbəst güləş üzrə gənclər mübarizə aparıb.
Qalib və mükfatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunub. Komanda hesabında Gürcüstan güləşçiləri birinci, Azərbaycan ikinci, Qazaxstan üçüncü pillədə qərarlaşıb.
50 kq
1. Vladimir Kudrin – Qazaxıstan
2. Beka Bujiaşvili – Gürcüstan
3. Xəqan Xəlilov – Azərbaycan
3. Məqsəd Həsənov – Belarus
55 kq
1. Laşa Talakadze – Gürcüstan
2. Otari Qoqova – Gürcüstan
3. Qalib Əliyev – Azərbaycan
3. Azamat Şaqapuli – Qazaxıstan
60 kq
1. Əhmədnəbi Qvarzatilov – Azərbaycan
2. Mukamadasidik Curayev – Özbəkistan
3. Hüseyn Nəsirov – Azərbaycan
3. Coşğun Əzimov – Azərbaycan
66 kq
1. Bolat Sakayev – Qazaxıstan
2. Konstantin Kabalaşvili – Gürcüstan
3. Bəxtiyar Israfilli – Azərbaycan
3. Elçin Məmmədov – Azərbaycan
74 kq
1. Elcan Usubzadə - Azərbaycan
2. Kamran Yunusov – Azərbaycan
3. Zurabi Erbotsonaşvili – Gürcüstan
3. Abubakar Turqayev – Qazaxıstan
84 kq
1. Sandro Aminaşvili – Gürcüstan
2. Aleksandr Hutçin – Belarus
3. Pərviz Axundov – Azərbaycan
3. Levan Qoqritçiani – Gürcüstan
96 kq
1. Omari Qusoşvili - Gürcüstan
2. Georgi Meşvildişvili – Gürcüstan
3. Imkar Yermukambet – Qazaxıstan
3. Dmirti Qorbunov – Belarus
120 kq
1. Əli Maqomedabirov – Azərbaycan
2. Geno Petriaşvili – Gürcüstan
3. Həmzə Özkaradəniz – Türkiyə
3. Toğrul Cavadlı – Azərbaycan
