28 aprel 2012 18:32
Emin Əhmədov lisenziya qazanıb, çempion oldu (YENİLƏNİB)
Çində güləş üzrə lisenziya xarakterli turnir davam edir. Azerisport.az xəbər verir ki, bu gün xalça üzərinə Yunan-roma güləşçiləri çıxıblar.
Azərbaycan təmsilçilərindən ilk olaraq Emin Əhmədov (74 kq) mübarizəyə yarışıb. Güləşçimiz bütün rəqibləri məğlub etməklə finala çıxıb. Bu isə ona həm də olimpiadaya lisenziya qazandırıb. Əhmədov finalda da qələbə qazanaraq, qızıl medallara sahib çıxıb.
Bu gün eyni zamanda Rəsul Çunayev (66 kq) də qüvvəsini sınayıb. Lakin o, medalçılar sırasına düşə bilməyib.
Sonda onu da bildirək ki, Yunan-roma güləşi yığmamızın digər üzvləri Şalva Qadabadze (96 kq) və Məsud Həşimzadə (120 kq) turnirin son günündə mübarizəyə qoşulacaq.
