27 aprel 2012 02:03
Lisenziya turnirində ilk rəqiblərimiz bəllidi
Aprelin 27-dən 29-dək Çinin Tayuan şəhərində London Yay Olimpiya Oyunlarına vəsiqə verən Dünya təsnifat turniri keçiriləcək. Azerisport.az xəbər verir ki, reqlamentə əsasən, hər çəki dərəcəsində yalnız 3 güləşçi (finalçılar və bir 3-cü yer) London Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.
Sərbəst güləş yığmamız məşqçi Elman Əsgərovun rəhbərliyi altında 55 və 96 kq çəki dərəcəsində lisenziya uğrunda yarışır. Püşkatmanın nəticələrinə əsasən güləşçilərimizin ilk rəqibləri artıq bəllidi:
55 kq
1/16 final - Tumur Davaakhuyag (MGL) - Yashar Aliyev (AZE)
96 kq
1/8 final –William Harth (GER) - Khetag Gazyumov (AZE)
