27 aprel 2012 02:00
Azərbaycan üçün daha 6 qızıl medal
“Sərhədçi” İdman Olimpiya Mərkəzində Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında beynəlxalq turnir davam edir. Azerisport.az xəbər verir ki, turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Türkiyə, Rumıniya, Belarus, İsrail, Qazaxstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Gürcüstan və Tacikistan güləşçiləri iştirak edir.
Turnirin proqramına əsasən, aprelin 26-da yunan-Roma güləşi üzrə gənc pəhləvanlar mübarizə aparıb. Bununla da AGF Kuboku beynəlkxalq turnirində yunan-Roma güləşçilərinin mübarizəsi başa çatıb. 96 pəhləvanın iştirak etdiyi günün nəticələri aşağıdakı kimidir:
50 kq
1. Murad Bazarov – Azərbaycan
2. Dosbol Abilxasov – Qazaxstan
3. Əli Məmmədov – Azərbaycan
3. Oskonbai Abdupattaev – Qırğızıstan
55 kq
1. Sakit Quliyev – Azərbaycan
2. Dastan Usenbekov – Qazaxstan
3. Kydurali Zhanseitov – Qazaxstan
3. Eldəniz Əzizli – Azərbaycan
60 kq
1. Elman Muxtarov – Azərbaycan
2. Rövşən Tağıyev – Azərbaycan
3. Nurlan Əsgərov – Azərbaycan
3. Enes Başar – Türkiyə
66 kq
1. Ceyhun Əliyev – Azərbaycan
2. Omirzak Abunasir – Qazaxstan
3. Janibek Kandibayev – Qazaxstan
3. Enlur İsmayılov – Azərbaycan
74 kq
1. Toğrul Yunisli – Azərbaycan
2. Şamil Ertuqanov – Azərbaycan
3. Azamat Kustubaev – Qazaxstan
3. Tornike Dzamaşvili – Gürcüstan
84 kq
1. Roberti Kobliaşvili – Gürcüstan
2. Fuad Əliyev – Azərbaycan
3. Daviti Çakvetadze – Gürcüstan
3. Laşa Şalikaşvili – Gürcüstan
96 kq
1. İakob Kajaia – Gürcüstan
2. Hacımurad Çöpsiyev – Azərbaycan
3. Beka Kurtsadze – Gürcüstan
3. Kukuri Kirtsxalia – Gürcüstan
120 kq
1. Zaur Mehrəliyev – Azərbaycan
2. Ali Nail Arslan – Türkiyə
3. Şota Gogisvanidze – Gürcüstan
3. Levani Arabuli – Gürcüstan
Qalib və mükfatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunub. Yunan-Roma güləşi üzrə gənclərin yarışında komanda hesabında Azərbaycan pəhləvanları birinci, Gürcüstan ikinci, Qazaxstan güləşçiləri üçüncü olub.
Aprelin 27-də sərbəst güləş üzrə yeniyetmələr, aprelin 28-də isə, sərbəst güləş üzrə gənclər mübarizəyə qoşulacaq.
