27 aprel 2012 18:54
Qazyumov lisenziya da qazandı, qızıl da (YENİLƏNİB)
Çində güləş üzrə lisenziya xarakterli turnir davam edir. Azerisport.az xəbər verir ki, bu gün xalça üzərinə sərbəst güləşçilər çıxıb.
Azərbaycan təmsilçilərindən ilk olaraq Yaşar Əliyev (55 kq) yarışıb. 1/16 finalda Yaşar Əliyevin rəqibi Timur Davaaxuyaq (Monqolustan) olub. Təəssüf ki, təmsilçimiz bu görüşdə məğlub olub (0:3, 1:0, 0:1).
Daha sonra lisenziya mübarizəsinə Xetaq Qazyumov (96 kq) başlayıb. O, Əliyevdən fərqli uğurlu çıxış edib. Belə ki, Qazyumov Almaniya, Slovakiya, Ukrayna güləçilərini məğlub etməklə finala çıxıb. Bu isə ona həm də olimpiadaya lisenziya qazandırıb.
Qazyumov həlledici görüşdə Qırğızıstanı təmsil edən Maqomed Musayevlə qarşılaşıb. Finalda da qələbə qazanan idmançımız qızıl medallara sahib çıxıb.
