22 aprel 2012 11:57
Azərbaycan üçün daha 5 lisenziya şansı
Bolqarıstanın paytaxtı Sofiyada London Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turniri davam edir. Azerisport.az xəbər verir ki, turnirin son günündə 96 və 120 kq yunan-Roma güləşçiləri ilə yanaşı, 55, 63 və 76 kq çəkidə qadın güləşçilərimiz də mübarizəyə qoşulacaq.
Püşkatmanın nəticələrinə əsasən, güləşçilərimizin ilk rəqibləri artıq bəllidi:
96 kq
1/8 final - GADABADZE, Shalva (AZE) - KNEZEVIC, Nikola (MNE)
120 kq
1/8 final - PROKHOROV, Maksim (AZE) - BOEHRINGER, Ralf Walter (GER)
55 kq
1/8 final - GOMIS, Anna (FRA) - RATKEVICH, Yuliya (AZE)
63 kq
1/8 final - NETREBA, Irina Petrovna (AZE) - FOCKEN, Aline (GER)
72 kq
1/8 final - ADAR, Yasemin (TUR) - IVANOVA, Dina (AZE)
Reqlamentə əsasən, Avropa təsnifat turnirində hər çəki dərəcəsində yalnız 2 güləşçi (finalçılar) London Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.
