22 aprel 2012 21:02
Azərbaycan London olimpiadasına daha bir lisenziya qazandı
Azərbaycan London Yay Olimpiya Oyunlarına daha bir vəsiqə qazanıb. Azerisport.az xəbər verir ki, bu uğura qadınlardan ibarət sərbəst güləş yığmamızın üzvü Yuliya Ratkeviç imza atıb.
55 kq çəki dərəcəsində güləşən xanım idmançımız Sofiyada keçirilən güləş üzrə lisenziya turnirində finala çıxmaqla, Olimpiadaya vəsiqə qazanıb.
Bu, güləş üzrə isə 10-cu lisenziya olub. Yuliyadayək yunan-Roma növündə Rövşən Bayramov (55 kq), Salman Məmmədov (60 kq), Sahman Təhmasibi (84 kq), qadınlardan ibarət sərbəst güləş yığmasının üzvü Mariya Stadnik (48 kq), habelə 5 sərbəst kişi güləşçimiz vəsiqə qazanmışdı.
