22 aprel 2012 00:57
Daha bir güləşçimizdən həm çempionluq, həm lisenziya
Bolqarıstanın paytaxtı Sofiyada Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa təsnifat turnirinin ikinci günündə güləşçilərimiz daha bir lisenziya qazanıb. Azerisport.az xəbər verir ki, yığmamızın hesabına bu lisenziyanı 60 kq çəkidə dərəcəsində yunan-Roma güləşçisi Kamran Məmmədov qazandırıb.
Məmmədov ardıcıl olaraq Belarus, Norveç və Macarıstan güləşçilərini mübarizədən kənarlaşdırıb və finala yüksəlib və bununla, Olimpiya lisenziyasını təmin edib. Finalda isə Finlandiyalı rəqibi üzərində inamlı qələbə qazanaraq turniri qalib kimi tamamlayıb.
Xatırladaq ki, ilk gün keçirilən görüşlərdə sərbəst güləş yığmamızın üzvü 60 kq çəki dərəcəsində mübarizə aparan Toğrul Əsgərov da bütün rəqiblərindən üstün olub, həm Olimpiadaya lisenziya qazanıb, həm də turniri qalib kimi başa vurub.
Qeyd edək ki, bu günə qədər güləşçilərimiz Londonda keçiriləcək XXX Yay Olimpiya Oyunlarına 9 lisenziya qazanıblar.
