21 aprel 2012 10:45
Azərbaycan daha üç lisenziya gözləyir
Bu gün Sofiyada güləş üzrə olimpiya lisenziyalı turnirin ikinci yarış günüdür. Azerisport.az xəbər verir ki, yunan-roma güləşi üzrə Azərbaycan yığmasının üç təmsilçisi bu gün xalça üzərinə çıxacaq. Finala çıxacaqları təqdirdə onlar London olimpiadasına vəsiqəni təmin etmiş olacaqlar.
Kamran Məmmədov (60 kq) - Dmitri Alenski (Belarus), Vitali Rəhimov (66 kq) - Tomaş Lorinç (Macarıstan), Rafiq Hüseynov (74 kq) - Peter Başçi (Macarıstan) lisenziya uğrunda mübarizəyə qoşulacaqlar.
