20 aprel 2012 10:30
Azərbaycan olimpiya lisenziyalı turnirə başlayır
Bu gün Sofiyada olimpiya lisenziyalı turnirə start verilir. Azerisport.az xəbər verir ki, yarışın ilk günündə xalça üzərinə sərbəst güləşçilərimiz çıxacaq. Azərbaycanı yarışda üç idmançımız təmsil edəcək.
Mahmud Məhəmmədov (55 kq) Vladislav Andreyevə (Belarus), Toğrul Əsgərov (60 kq) Aslanbəy Kantoevə (Belarus), Aslanbəy Alborov (96 kq) isə Kamil Skazkeviçə (Polşa) qarşı mübarizə aparacaq.
