16 aprel 2012 13:50

“Azərbaycanın son illər qazandığı nailiyyətlər rusları qıcıqlandırır”

Azərbaycan Güləş Federasiyasının baş katibi, olimpiya dərəcəli hakim Əjdər Cəfərov qeyd edib ki, Rusiya Güləş Federasiyası tərəfindən qərəzli məlumatların yayılması artıq ənənəvi hal alıb. Azerisport.az xəbər verir ki, o, bu barədə açıqlamasında aşağıdakıları dilə gətirib:
 
“Güləşçilərin transferi bütün ölkələr, o cümlədən Azərbaycan tərəfindən FİLA-nın mövcud qaydalarına əsasən həyata keçirilir. Bu zaman, idmançının məxsus olduğu ölkənin Federasiyasından rəsmi razılıq əldə olunur, müvafiq məbləğ qarşı tərəfə ödənilir və transfer gerçəkləşdirilir. Bundan sonra isə, 2 il karantin müddəti gözlənilir və yalnız bu müddət başa çatdıqdan sonra transfer edilmiş idmançı yeni komandasının heyətində beynəlxalq yarışlarda çıxış etmək hüququ qazanır. 
Bütün daxili və beynəlxalq yarışlarda şəffaflığın təmin edilməsi üçün FİLA tərəfindən püşkatma prosesi elə həyata keçirilir ki, hər bir idmançı üçün şərtlər bərabər olsun. Yəni güləşlə az-çox maraqlanan istənilən şəxsin bu prosesdən xəbəri var. Buna görə də cənab Bryusovun bu məsələni qabartması sadəcə gülüş doğurur. O ki qaldı, çəki prosesindən sonra yarımqrupların formalaşmasına, bu, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş xüsusi kompüter proqramı vasitəsilə həyata keçirilir. Burada heç bir insan faktoru rol oynamır, şəffaflıq tam təmin olunur.
 
Rusiya Güləş Federasiyasının rəsmilərinə İstanbulda keçirilən son Dünya çempionatının bir neçə çəki dərəcəsində bizim idmançıların yarımqruplarına nəzər salmalarını məsləhət görürəm. 84 kq çəkidə Dünya çempionluğunu qazanan Şərif Şərifovun medala qədər mübarizədən kənarlaşdırdığı idmançıların statusu və titulları barədə məlumatları yoxdursa, FİLA-nın məlumat bazasına diqqətlə baxsınlar. Eyni sözləri 74 kq çəki dərəcəsi haqqında da demək mümkündür. Bizim əksər idmançıların yarımqrupunda Rusiya da daxil olmaqla, dünyanın öndə gedən güləş ölkələrinin təmsilçiləri olub. Əgər püşkatmaya müdaxilə etmək mümkün olardısa, o zaman idmançılarımız üçün ən asan rəqibləri seçərdik. Bu kimi misalları son Avropa çempionatı barədə də demək olar.
 
Əslində Rusiya tərəfini başa düşmək çətin deyil. Son vaxtlar Rusiya güləşində tənəzzül yaşanır və Federasiya rəhbərliyi qarşıdakı Olimpiya Oyunlarında baş verə biləcək mümkün uğursuzluqdan özlərini sığortalamaq üçün belə fikirlər səsləndirir. Onlar nədənsə idmançılarının məğlubiyyətini hazırlıq prosesində və məşqçilərdə yox, kənar amillərdə axtarmağa çalışırlar. Digər tərəfdən Azərbaycan güləşinin son illərdə qazandığı nailiyyətlər onları qıcıqlandırır. Təklif edirəm ki, bu cür bəyanatlar yaymaqdansa, öz komandalarını ədalətli mübarizəyə hazırlasınlar”.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.