14 aprel 2012 12:18

Federasiya müsabiqəyə start verdi

Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2012-ci il ölkəmizdə “İdman ili” elan edilib. Azerisport.az xəbər verir ki, “İdman ili” çərçivəsində geniş ictimaiyyətin güləş idman növünə və güləşçilərimizin nailiyyətlərinə diqqətini artırmaq və idman foto-jurnalistikasını inkişaf etdirmək məqsədilə Azərbaycan Güləş Federasiyası fotoqraflar arasında müsabiqə elan edib.
 
Məlumat üçün qeyd edək ki, 12-13 may 2012-ci il tarixdə “Sərhədçi” İdman Olimpiya Mərkəzində ilin ən mötəbər turnirlərindən biri olan – Dünya Kuboku yarışı keçiriləcək. Müsabiqəyə təqdim ediləcək fotolar da məhz sərbəst güləş üzrə Dünya Kuboku yarışında çəkilməlidir.  Yarışın keçirildiyi arenaya daxil olmaq üçün əvvəlcədən qeydiyyatdan keçmək lazımdır.  Müsabiqəyə müraciət edən fotoqraflar qeydiyyat üçün 4 may 2012-ci il, saat 18.00-a qədər, çəkilən fotoları isə 19 may 2012-ci il, saat 13.00-a qədər Azərbaycan Güləş Federasiyasına təqdim etməlidirlər. Aşağıda göstərilən nominasiyaların hər birində bir qalib seçiləcək və bir fotoya həvəsləndirici mükafat veriləcək. Həvəsləndirici mükafata isə müxtəlif hədiyyələr daxildi.
 
Müsabiqənin şərtləri:
-           Müsabiqəyə qatılan hər bir fotoqraf müraciət etdiyi nominasiya üzrə minimum 5 foto təqdim etməlidir
-           Fotolar yüksək keyfiyyətli olmalıdır
Nominasiyalar və mükafatlar:
-           Ən yaxşı fənd – 250 AZN
-           Ən yaxşı idmançı emosiyası – 250 AZN
-           Ən yaxşı məşqçi emosiyası – 250 AZN
-           Ən yaxşı azarkeş reaksiyası – 250 AZN
Qeydiyyat üçün son tarix: 4 may 2012-ci il, saat 18.00
Fotoları təqdim etmək üçün son tarix: 19 may 2012-ci il, saat 13.00

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.