11 aprel 2012 19:03

Güləş Federasiyasına hədiyyə (FOTO)

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov Güləş Federasiyası ilə əməkdaşlıq çərçivəsində görüş keçirib. Azerisport.az xəbər verir ki, Federasiyanın baş katibi Əjdər Cəfərov və AGF idman şöbəsinin müdiri Yaqub Məmmədovla baş tutan görüşdə əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb.
 
Görüş zamanı çıxış edən Seymur Orucov ölkədə idmana göstərilən qayğı haqda fikirlərini belə ifadə etdi: “Cənab Prezident İlham Əliyev ölkəmizdə bütün idman növlərinə olduğu kimi Güləşə də xüsusi önəm verir. 2012-ci il Prezidentimizin sərəncamı ilə “İdman ili” olunduqdan sonra Azərbaycanda bütün idman növlərinə xüsusi qayğı göstərilməyə başlanıldı. Bunun nəticəsidir ki, gənclərimiz həm regionda, həm də dünyanın mötəbər turnirlərində uğurla çıxış edir. Ümid edirik ki, Londonda keçiriləcək Yay Olimpiya Oyunlarında da idmançılarımız medallar qazanaraq ölkəmizə qayıdacaq. Bütün bu əldə olunan uğurlara görə Güləş Federasiyasının rəhbərliyinə və bu işdə dəstəyi olan bütün insanlara təşəkkür edirəm”.
 
Qeyd edək ki, 200 minə yaxın gənci öz ətrafında birləşdirən birliyin tərkibində müxtəlif idman növləri ilə məşğul olanların olduğunu qeyd edən Seymur Orucov güləşə xüsusi dəstək göstərəcəklərini deyib.
 
Azərbaycan Güləş Federasiyasının baş katibi, olimpiya dərəcəli hakim Əjdər Cəfərov YAP Gənclər Birliyinin idman federasiyaları ilə əməkdaşlıq təşəbbüsünü yüksək qiymətləndirdi və ölkə gənclərinin böyük əksəriyyətinin toplaşdığı qurum ilə gələcək fəaliyyət üçün hər cür əməkdaşlığa hazır olduqlarını bildirib:
 
“Azərbaycanda idman sürətlə inkişaf edən sahələrdən biridir. İdmançılarımız hər il mötəbər yarışlarda uğurlu çıxışları ilə ölkəmizə yüksək əyarlı medallar qazandırır. Təbii ki, bütün bunlar ölkə prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğısının nəticəsində mümkün olur. Qazanılan bu nailiyyətlərdə güləşçilərimizin payının çox olması isə Azərbaycan Güləş Federasiyası rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü fəaliyyətinin göstəricisidi”.
 
Görüşün sonunda Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov Güləş Federasiyasının baş katibi Əjdər Cəfərova üzərində xam neftlə güləş səhnəsi təsvir olunmuş şəkli xatirə hədiyyəsi olaraq təqdim edib. Baş katib isə öz növbəsində təşkilat sədrinə təşəkkürünü bildirib.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.