9 aprel 2012 17:08
9 ölkə yığma komandası Bakıya gəlir
25-28 aprel 2012-ci il tarixdə “Sərhədçi” İdman Olimpiya Mərkəzində Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında beynəlxalq turnir keçiriləcək. Azerisport.az xəbər verir ki, turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Rusiya, Türkiyə, İran, Belarus, İsrail, Qazaxstan, Özbəkistan, Türkmənistan və Rumıniya güləşçilərinin iştirakı gözlənilir.
Turnirin proqramına əsasən, aprelin 25-də yunan-Roma güləşi üzrə yeniyetmələr, 26-də yunan-Roma güləşi üzrə gənclər, 27-də sərbəst güləş üzrə yeniyetmələr, aprelin 28-də isə, sərbəst güləş üzrə gənclər mübarizəyə qoşulacaq.
Turnirin rəsmi açılış mərasimi 25 aprel 2012-ci il, saat 17.00-da baş tutacaq. Qalib və mükfatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaq.
