18 mart 2012 15:48
Azərbaycanın yeni çempionları müəyyənləşdi
Hövsan Olimpiya İdman Kompleksində sərbəst və yunan-Roma güləşi üzrə gənclərin Azərbaycan birinciliyi davam edir. Azerisport.az xəbər verir ki, yarışların üçüncü günündə 50, 60, 74 və 96 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri qüvvələrini sınayıb.
78 pəhləvanın mübarizə apardığı yarış günündə fəxri kürsüyə yüksələn idmançılar aşağıdakılardı:
50 kq
1. Murad Bazarov - Neftçi İSM
2. Orxan Mehdiyev - Neftçi İSM
3. Elnur Həsənov - Neftçi İSM
3. Əli Məmmədov - Neftçi İSM
60 kq
1. Rövşən Tağıyev - İnter
2. Rauf Ələkbərli - İnter
3. Elman Muxtarov - Neftçi İSM
3. Şamil Behalov - Neftçi İSM
74 kq
1. Toğrul Yunisli - İnter
2. Emin Əliyev - Neftçi İSM
3. Radim Babayev - Qusar
3. Ceyhun Bayramov - Sumqayıt
96 kq
1. Hacımurad Çöpsiyev - Balakən, Neftçi İSM
2. Ümid Nəcəfov - Sumqayıt
3. Süleyman Babayev - Pəhləvan
3. Samir Qayıbov - DİN İC
Yarışlarda çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunub.
