17 mart 2012 12:54
Azərbaycan çempionatı: ikinci günün nəticələri (FOTOREPORTAJ)
Hövsan Olimpiya İdman Kompleksində sərbəst və yunan-Roma güləşi üzrə gənclərin Azərbaycan birinciliyi davam edir. Azerisport.az xəbər verir ki, yarışların ikinci günündə 55, 66, 84 və 120 kq çəki dərəcələrində sərbəst güləşçilər qüvvələrini sınayıb. 108 pəhləvanın mübarizə apardığı yarış günündə fəxri kürsüyə yüksələn idmançılar aşağıdakılardı:
55 kq
1. Pərviz İbrahimov - Abşeron, Neftçi İSM
2. Fuad Nəsirli - Zenit İC
3. Mircəlal Həsənzadə - Abşeron, Neftçi İSM
3. Məsim Qədirli - Sumqayıt, İOEUGİM
66 kq
1. Bəxtiyar İsrafilli - Beyləqan, Gömrükçü İC
2. Gitnomaqomed Qadjiyev - Atasport
3. Elçin Məmmədov - Şəmkir
3. Musa Rüstəmov - Gömrükçü İC
84 kq
1. Maqomedqadji Xatiyev - Atasport
2. Mircəfər Murtuzlu - Neftçi İSM
3. Xəyyam Soltanov - Şamaxı
3. Əhməd Əhmədov - Balakən, Neftçi İSM
120 kq
1. Ali Maqomeddabirov - Atasport
2. Toğrul Cavadlı - Cəlilabad, Gömrükçü İC
3. Arzu Dünyamalıyev - Qazax
3. Tamerlan Məmmədov - Gömrükçü İC
Yarışlarda çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunub. Bununla da gənclərin Azərbaycan birinciliyində sərbəst güləşçilərin yarışı başa çatıb.
