16 mart 2012 02:37
Azərbaycan çempionatı: İlk qaliblər müəyyənləşdi
Hövsan Olimpiya İdman Kompleksində sərbəst və yunan-Roma güləşi üzrə gənclərin Azərbaycan birinciliyi keçirilir. Azerisport.az xəbər verir ki, yarışların ilk günündə 50, 60, 74 və 96 kq çəki dərəcələrində sərbəst güləşçilər qüvvələrini sınayıblar.
108 pəhləvanın mübarizə apardığı yarış günündə fəxri kürsüyə yüksələn idmançılar aşağıdakılardır:
50 kq
1. Ruslan Qasımov - Gəncə
2. İxtiyar Quliyev - Neftçi İSM
3. Xəqan Xəlilov - Neftçi İSM
3. Vaqif Qasımov - Xəzər-Lənkəran
60 kq
1. Ruhlan Məmmədov - Gəncə
2. Kənan Quliyev - Sumqayıt, Neftçi İSM
3. Hüseyn Nəsirov - Neftçi İSM
3. Cəlal İsmayılov - Qazax
74 kq
1. Elcan Usubzadə - Qazax
2. Murtuz Müslümov - Atasport GK
3. Kamran Yunusov - Neftçi İSM
3. Yaqubəli Şıxcamalov - Atasport GK
96 kq
1. Hacı Şərifov - Atasport GK
2. Ruslan Hacıyev - Atasport GK
3. Elmiz İsmayılov - Neftçi İSM
3. Məlikağa Məlikli - Masallı
Yarışlarda çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunub.
